Materialların hesablanması KALKULYATORLAR

Daxili məlumatlar: otağın eni və uzunluğu metrlə, parket və laminat lövhəsinin eni və uzunluğu millimetrlə, lövhələrin bağlamadakı sayı və eləcə də düzülmə qaydası (otağın eni və ya uzunluğuna görə).
Xarici məlumatlar:
Otağın sahəsi — aydındır, məlumat üçün.
Tamamilə istifadə edilmiş lövhələrin sayı — bu, yaşıl lövhələrin sayı + sarı lövhə.
Sonuncu lövhənin mişarlanması, millimetr — aşağı hissədə çəkilmiş sarı lövhənin uzunluğu.
Kəsiklərin sayı — göy lövhələrin sayı.
Kəsiklərin eni, millimetr — göy kəsiklərin eni.
İstifadə edilmiş lövhələrin ümumi sayı — yaşıl və göy lövhələrin sayı + sarı lövhə.
Bağlamaların sayı — bağlamaların lazımi sayı.
İstifadə edilməmiş lövhələr —
sonuncu bağlamada istifadə olunmamış lövhələrin qalıq hissəsi.

Otağın döşəmə sahəsinin hesablanması otağın tərəflərinin ölçülməsindən başlayır. Otaqların ən geniş yayılmış forması düzbucaqdır və onun metrajını (S, m2) müəyyən etmək çətin deyil. Bunun üçün ölçü lenti ilə otağın uzunluğunu (A) və enini (B) ölçərək onları bir-birinə vurmaq kifayət edir (S=AxB). Divar sahəsinin döşəmə sahəsi əsasında hesablanması mümkün deyil, çünki perimetrdən savayı, biz həm də otağın hündürlüyünü bilməliyik.  Xatırladaq ki, perimetr — çoxbucağın bütün tərəflərinin uzunluğunun cəmidir və ölçülmüş perimetri hündürlüyə vurduqda, biz divarların sahəsini tapmış oluruq. Alınmış rəqəm bizə boyanın, divar kağızının və digər materialların lazım olan miqdarı haqqında dəqiq məlumat vermir, çünki qapı və pəncərə oyuqları nəzərə alınmayıb. Bu səbəbdən, düzgün hesablanma üç dəfəyə aparılır: divar sahəsinin hesablanması, qapı və pəncərə oyuqları sahəsinin müəyyən edilməsi, divarların kvadraturasından oyuq sahələrinin çıxarılması.

Şəkildən göründüyü kimi — ABCDE çoxbucağının sahəsini ABD, BCD və ADE uçbucaqlarının sahələrinin cəmisi kimi hesablamaq olar. Bunun üçün, çoxbucaq tərəflərinin uzunluqlarından savayı, həmçinin BD və AD diaqonallarının uzunluqlarını da bilmək  lazımdır. Bu da yetərlidir — istənilən üçbucağın sahəsini, bucaqları ölçmədən, yalnız onun tərəflərinin uzunluğu əsasında hesablamaq mümkündür.
Bu isə olduqca rahatdır, məsələn, məişət təmiri zamanı uzunluqların ölçülməsi bucaqların ölçülməsindən daha asandır.
Beləliklə, bizi maraqlandıran çoxbucağın tərəflərinin uzunluqlarını ölçürük, onları cədvələ daxil edirik, zehnimizdə çoxbucağı uçbucaqlara bölürük, lazım olan diaqonalları ölçürük və onları da cədvələ daxil edirik. Bundan sonra kalkulyator bütöv fiqurun sahəsini hesablayır. Yoxlama üçün kalkulyatorun hesabladığı üçbucaqların sahələri də göstərilir. «Ошибка» sətrində heç bir uçbucaqla qarşılaşdırıla bilməyən bucağın təpə nöqtəsi göstərilir (əgər, məsələn, bütün diaqonallar hələ də daxil olunmayıblar).
Nümunə olaraq, şəkildəki coxbucağın tərəf və diaqonalları cədvələ daxil edilib. Bunları silmək üçün «Очистить таблицу» düyməsini sıxmaq kifayətdir.