10 ildən artıq fəaliyyət göstərən Parket.Az şirkəti bu gün Azərbaycanın döşəmə örtükləri bazarında lider mövqelərini tutan və daim inkişafda olan bir şirkətdir. Şirkətimizdə dünyanın aparıcı döşəmə örtükləri istehsalçılarının məhsulları, o cümlədən döşəmələrin yığılması üçün vacib olan müxtəlif ləvazimatlar və döşəmələrə qulluq vasitələri geniş təqdim olunub. Zəngin təcrübəmiz bizə istənilən mürəkkəblikdə olan layihələri uğurla həyata keçirməyə imkan verir. Əgər Siz döşəmə örtüklərinin əldə edilməsində maraqlısınızsa, biz Sizə aşağıdakıları təklif edə bilərik:
1. Parket lövhələrinin ən yaxşı istehsalçılarının məhsulları; 2. Yüksək keyfiyyətli massiv lövhələr; 3. İnnovativ mühəndis lövhələri; 4. Bambuk parketinin müxtəlif modelləri; 5. Ekzotik ağac cinslərinin oduncağından hazırlanan müxtəlif parket növləri; 6. Ədədi parket; 7. Laminat örtüklərinin geniş seçimi; 8. Parket üçün kimyəvi vasitələrin böyük müxtəlifliyi.
Biz həmçinin eksklüziv döşəmə örtüklərinin layihələndirməsi üzrə ixtisaslaşırıq. Fərdi istəyiniz olarsa, biz onu xüsusən Sizin üçün seçib təqdim edərik. Bu, məsələn:
1. Modul parketi; 2. Müxtəlif dekorativ elementlərlə və kreativ ornamentlə bəzədilmiş bədii parket; 3. İstənilən rəngdə parketin boyanması.
FUNKSİYAMIZ
Peşəkar yanaşma
İstənilən çətinlikdə olan işləri yerinə yetiririk. Öz işlərinin peşəkarları olan bizim əməkdaşlarımız müntəzəm olaraq yeni döşəmə yığılması texnologiyası üzrə təlimlərdə iştirak edirlər və xidmət keyfiyyətini yüksək səviyyədə saxlamağa qadirdirlər.
Professional ixtisaslaşma
Parket.Az kollektivi — uğurlu nəticəyə yönəlmiş mütəxəssislər komandasıdır. Döşəmə örtükləri ilə sıx işlədiyimiz 10 il ərzində topladığımız təcrübə Sizə qısa zamanda keyfiyyətli və səriştəli quraşdırma xidmətlərini əldə etməyə zəmanət verir.
Xidmətlər kompleksi
Alıcı ilə bizim qarşılıqlı münasibətlərimizin mühüm xüsusiyyətlərindən biri onu bütün mallarımız barəsində məlumatlandırılması və çeşidlərimiz haqqında geniş informasiyanın təqdim edilməsidir. Eyni zamanda, əməkdaşlarımız əldə etdiyiniz məhsulun vaxtında ünvana çatdırılmasını təşkil edirlər. Bundan əlavə, şirkətimiz döşəmə örtüklərinin quraşdırılması üzrə görüləcək kompleks işləri, həmçinin zəmanət və zəmanətin bitdiyi dövrlərdə tələb olunan xidmətləri həyata keçirən təcrübəli mütəxəssisləri təqdim edir.
ÜSTÜNLÜKLƏRİMİZ
Rəsmi diler
Parket Az bir neçə döşəmə örtükləri və parket kimyası üzrə dünyanın tanınmış ticarət markalarının Azərbaycandakı rəsmi nümayəndəsidir (ö cümlədən, Tarkett, Kiilto və digərləri).
Orijinal məhsullar
Biz illərlə formalaşan adımızı və etibarlığımızı yüksək səviyyədə qoruyuruq və bütün təqdim etdiyimiz məhsulların birbaşa istehsalçı zavodlardan alındığına Sizə zəmanət veririk.
Zəmanət müşayiəti
Parket.Az şirkətində döşəmə örtüyü əldə edərkən Siz əmin olursunuz ki, istehsalat qüsurlarının aşkarlanması hallarında Sizin istehlakçı haqqlarınız tamamilə qorunacaq.
BİZİM MƏQSƏDİMİZ —
Sizin üçün keyfiyyətli döşəmə örtüklərinin və döşəmələrə qulluq vasitələrinin rahat və sürətli alışı və quraşdırılması servisinin yaradılmasıdır. Bizim konsultantlar Sizin tələblərinizə daha uyğun olan variantların axtarışında fəal iştirak edirlər. Biz Sizin layihənizi materialların seçim və təchizatından son quraşdırma işlərinə qədər həyata keçiririk. Parket.Az şirkətinin Sizə təklif etdiyi yalnız ən yaxşı və sərfəli tövsiyələri sayəsində Siz öz qiymətli vaxtınıza və vəsaitinizə qənaət etmiş olursunuz!