Bədii parket — parket ustalarının müxtəlif ağac cinslərinin bütöv hissəsindən kəsilərək tərtib etdikləri ayrıca elementlərdi. Bədii parketin tarixi orta əsrlərə aiddir. Məhz o zamanlar bu döşəmə növü zadəganlar arasında çox məşhur idi və çoxsaylı saraylar, qəsrlər və imarətlər bu cür parketlə döşənilirdi. Zaman keçdikcə, bədii parketin hazırlanmasında mühüm dəyişikliklər baş verirdi. Yeni alətlərin icadı ilə yanaşı, eyni zamanda həm istehsalat prosesi, həm də quraşdırılma üsulları və ustaların səriştəsi təkmilləşirdi. Bu növ döşəmə örtüyünə bizim dövrdə də böyük maraq və tələbat var. Hazırda dünyada bu sahədə fəaliyyət göstərən məşhur şirkətlər mövcuddur. Bu şirkətlər yüksək dəqiqliyə malik olan texnika və alətlərin vasitəsilə ağacdan istənilən görünüşdə müxtəlif rəsmlər yaradır. Bununla yanaşı, keçmiş zamanlarda olduğu kimi, əl əməyi də yüksək qiymətləndirilir. Bədii parket döşəmə örtüklərinin ən seçilən və sanballı kateqoriyasına aiddir. Oduncağın təbii gözəlliyi düzgün seçilən və ustalıqla həyata keçirilən rəsmlə ahəng yaradaraq və eyni zamanda dekorativ elementlərin çoxluğu, hər bir məkanda hökmən son dərəcədə fantastik və valehedici mühit yaradacaq!
Maraqlandığınız bütün suallarla bağlı həm Parket.Az mağazalar şəbəkəsinə, həm də telefonla və ya onlayn rejimdə müraciət edə bilərsiniz.