Parket.az
  • Ana səhifə
  • Haqqımızda
  • Sərgi salonu
  • Məhsullar
  • Kalkulyatorlar
  • Əlaqə
O Parket.Az (COVER)
14 10 2019

Parket.Az haqqında

Parket.Az haqqında

Məlum olduğu kimi, təmir xeyli vaxt, vəsait və enerji tələb edir. Tələb olunan döşəmə örtüyünün uzun və üzücü axtarışlarından qaçınmaq və eləcə də vaxtınıza qənaət etmək üçün Parket.Az şirkəti Sizə dəstək verməyə daim hazırdır. Şirkətin peşəkar əməkdaşları Sizə müxtəlif döşəmə örtükləri haqqında savadlı konsultasiya və ətraflı məlumat verməklə yanaşı, onların seçimi, çatdırılması və quraşdırılması xidmətlərini təklif edir. Fərdi istəyiniz olarsa, biz onu xüsusən Sizin üçün seçib təqdim edərik. Təklif etdiyimiz məhsullar arasında dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi parket, massiv və innovativ mühəndis lövhələri, bambuk və digər parket növlərinin böyük seçimi (o cümlədən, ekzotik cinslərin oduncağından hazırlanan), laminat örtüklərinin müxtəlif modelləri, döşəmələrə qulluq vasitələri və digər məhsullar geniş təqdim olunub. Sadalananlarla yanaşı, biz həmçinin eksklüziv döşəmə örtüklərinin planlaşdırılması üzrə ixtisaslaşırıq və istədiyiniz zaman Sizə cəzbedici bədii parketin layihələndirməsində öz xidtmətlərimizi göstərməyə hazırıq. Parket Az mağazasında təqdim olunan məhsullar döşəmə örtükləri və parket kimyasının aparıcı istehsalçılarına məxsusdur və hazırlandıqları zavodlardan birbaşa tədarük edilir. Bizim əməkdaşlarla əlaqə quraraq, Siz maraqlandığınız suallarla bağlı hər zaman savadlı konsultasiyadan faydalana bilərsiniz. Eyni zamanda, bizim sərgi salonlarımıza gələrək, Siz məhsullara müxtəlif işıqlandırma altında baxmaqla və toxunmaqla bərabər, həm də istənilən nümunələri bir-biri ilə müqayisə edə bilərsiniz.

Parket.Az sərgi salonu

10 ildən artıq fəaliyyət göstərən Parket.Az şirkəti bu gün Azərbaycanın döşəmə örtükləri bazarında lider mövqelərini tutan və daim inkişafda olan bir şirkətdir. Parket Az bir neçə döşəmə örtükləri və parket kimyası üzrə dünyanın tanınmış ticarət markalarının Azərbaycandakı rəsmi nümayəndəsidir (ö cümlədən, Tarkett, Kiilto və digərləri). Şirkətimizin əməkdaşları — həm menecerlər, həm ustalar — ixtisaslarını artırmaq məqsədilə müntəzəm olaraq müxtəlif təlimlərdə iştirak edirlər və döşəmə örtükləri sahəsində savadlı konsultasiya təqdim etmə, onların quraşdırılma və qulluğu bacarıqlarını təkmilləşdirməklə yanaşı, eyni zamanda yeni texnologiyalara yiyələnirlər. Beləliklə, döşəmənizin xidmət müddətinin artırılması üçün bizim ustalar, keyfiyyətli nəticəyə zəmanət verməklə, Sizə tələb olunan köməkliyi göstərməyə hər zaman hazırdırlar. Bundan savayı, onu da qeyd etmək istəyirik ki, şirkətin əməkdaşları öz işlərində yalnız sınanmış, yüksək keyfiyyətli və ekoloji təmiz materiallardan istifadə edirlər.

Biz Sizin layihənizi materialların seçim və təchizatından son quraşdırma işlərinə qədər həyata keçiririk.

Parket.Az — dünya şöhrətli döşəmə örtükləri istehsalçısı olan Tarkett şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir

Həmçinin, Biz tərəfdaşlıq münasibətlərinin qurulması və döşəmə örtükləri sahəsində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi ilə bağlı bütün təklifləri müzakirə etməyə hazırıq. Parket.Az şirkəti öz öhdəliklərinə və əməkdaşlıq şərtlərinə maksimum dərəcədə məsuliyyətlə yanaşır, o cümlədən, tədarük müddətlərinə riayət edir, bütün məhsullara zəmanət verir və iri sifarişlər zamanı əhəmiyyətli endirimlər nəzərdə tutur. Bundan savayı, Parket.Az şirkəti rahat ödəniş sistemini təşkil edib. Beləliklə, əldə olunan malların haqqını bir neçə üsulla həyata keçirmək mümkündür: Parket.Az mağazalar şəbəkəsində nağd şəkildə ödəməklə, bank kartları vasitəsilə (Visa, Master Card) və eləcə də malı təhvil alarkən birbaşa malı çatdıran kuryerə nağd şəkildə ödəməklə. Eyni zamanda, Parket.Az-da əldə olunan malların ödənişini şirkətin hesablaşma hesabına nağdsız köçürülmə vasitəsilə də həyata keçirmək mümkündür (köçürülmə ilə əlaqəli bütün xərcləri nəzərə almaqla).

Biz həmişə Sizinlə sıx və məhsuldar əməkdaşlığımıza olduqca məmnunuq!

Parket.Az sərgi salonu

Əlavə olaraq qeyd etmək istəyirik ki, alıcılarla rahat ünsiyyət üçün Parket.Az kollektivi sosial şəbəkələrdən fəal surətdə istifadə edir. Şirkətimizin səhifəsi Feysbukda (https://www.facebook.com/wwwparketaz), İnstaqramda (https://www.instagram.com/wwwparketaz/) və həmçinin Yutubda (https://www.youtube.com/channel/UCraeNPZyRrhIhu-qV2AGFeg) mövcuddur.

Parket.Az sosial şəbəkələrdə təmsil olunub

Maraqlandığınız bütün suallarla bağlı həm Parket.Az mağazalar şəbəkəsinə, həm də telefonla (+994 55 355 01 01) və ya onlayn rejimdə müraciət edə bilərsiniz — şirkətimizin əməkdaşları Sizinlə ünsiyyət qurmağa və hərtərəfli dəstək göstərməyə hər zaman hazırdırlar!

Parketin tarixi

Son Yazılar

  • Parket.Az haqqında
  • Parketin tarixi
  • Döşəmə örtüklərinin icmalı
  • Bambuk (1-ci hissə)
  • Ağac emalı

Kateqoriyalar

  • Ağac emalı
  • Ağaclar
  • Bambuk
  • Döşəmə örtüklərinin icmalı
  • Parket.Az haqqında
  • Parketin tarixi

Ünvan

Həsən Əliyev küç., 78A (“Kral” ş/s yanı)

Əlaqə nömrələr

+994 12 465 67 99
+994 55 355 01 01
+994 77 355 01 01

İş saatları

Gündəlik, saat 09: 00-dan 19:00-dək

Biz sosial şəbəkələrdə

  • Facebook
  • YouTube
  • Instagram
Parket.az
Hər hansı bir sualınız var?

Bizim şəxsi tövsiyəmizdən istifadə edə bilərsiniz. Ödənişsiz əks zəng servisimiz Sizin xidmətinizdədir.

+994 55 355 01 01

Və yaxud e-mail vasitəsilə bizə məktub göndərə bilərsiniz:
info@parket.az

Ünvan

Həsən Əliyev küç., 78A (“Kral” ş/s yanı)

Ödəniş üsulları:

Kataloq

Bambuk parketi
Massiv lövhə
Laminat
Modul parketi
Parket lövhəsi
Fransız parketi
Terras lövhəsi
Plintuslar və kandarlar
Bədii parket
Parket kimyası
Bambuk oboyları

Sosial şəbəkələr

  • Facebook
  • YouTube
  • Instagram
Copyright 2019 © . Powered by ZKD