Təmirin müəyyən mərhələsində hər bir şəxs, qaçılmaz olaraq, yer örtüklərinin seçimi və onların növlərinin müqayisəsi haqqında düşünməyə başlayır. Müasir dünyada yer örtüklərinin nəhəng və müxtəlif çeşidləri həqiqətən heyranedicidir. Bu sahənin bütün məhsulları çoxsaylı amillərlə fərqlənir. Bunların arasında: örtüyün növü, onun materialı, quraşdırılması üsulu, interyerə uyğunluğu, istismar şəraiti, qiymət kateqoriyası və eləcə də bir çox digər funksional göstəricilərdir. Məlum olduğu kimi, bütün yer örtükləri müxtəlif keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malikdir. Məsələn, onlardan bəziləri öz rütubətə davamlılıq keyfiyyətləri sayəsində mətbəxdə və hamam otağında istifadə edilə bilər, digərləri daha nəzakətli davranış tələb etdiklərinə görə yalnız qonaq otaqlarında istismar üçün münasibdir.

Bununla yanaşı, yer örtüklərinin istehsalı üçün nəzərdə tutulan çoxsaylı materialları qeyd etmək vacibdir. Bu, ilk növbədə, olduqca müxtəlif oduncaq cinsləri, təbii və süni daş, keramika, PVX, polipropilen, akril, rezin və digərləridir. Bu günün tələbatına əsaslanaraq, yer örtükləri arasında, ilk növbədə, parket və onun bütün növlərini (ədədi parket, modul, bədii, massiv parketlərini və s.), laminat örtüyünün olduqca böyük çeşidlərini, mantar döşəmələrini, kovrolin, linoleum, terras lövhələrini və bir çox başqalarını qeyd etmək vacibdir. Yer örtükləri istehsalı sahəsində dünyada çoxlu sayda şirkət fəaliyyət göstərir. Həmin şirkətlərin bu sahəyə yeni texnologiya və innovasiyaların daimi tətbiqi onun sürətli inkişafına və istehsal etdiyi məhsulların sayının artırılmasına böyük təkan verir.

Dəyişməz “klassik” döşəmə örtüklərinə sözsüz ki, parket aiddir. Bu döşəmə növü əsrlər boyu öz üstünlüklərini, ilk növbədə, rahatlığını, ekoloji və estetik cəhətdən mükəmməlliyini, daim nümayiş etdirir. Həmçinin, parket döşəməsinin başlıca cəhətləri sırasında — onun uzunömürlüyünü, köhnəlməyə qarşı yüksək davamlılığını və asanlıqla bərpa edilmə xüsusiyyətlərini qeyd etmək lazımdır. Bu kateqoriyanın tərkibinə nəhəng sayda müxtəlif variantlar daxildir. Bu variantlar bir-birindən hazırlanma materialı, istismar xüsusiyyətləri və digər əhəmiyyətli amillərlə, və nəticə olaraq, qiymətlərlə fərqlənir. Parketin ən geniş yayılan növlərindən biri — ədədi parketdir. Kiçik lövhəciklərdən ibarət bu parket, yığıldıqdan sonra bütöv bir döşəməyə çevrilir. Məsələn, parketin sanballı növlərindən biri sayılan, oduncağın bütöv hissəsindən ibarət olan massiv parket. Və yaxud çoxlu sayda dekorativ elementlərlə zəngin və döşəmə örtüklərinin ən qiymətli və zərif növü olmaqla yanaşı, həm də əzəmətli sənət əsəri hesab edilən — bədii parket. Və eləcə də digər parket növləri: mühəndis lövhəsi, parket lövhəsi və s.
Parket.Az şirkətinin mütəxəssisləri döşəmə örtüklərinin seçimində və eləcə də fərdi istəyinizin olduğu zaman, Sizə hərtərəfli dəstək göstərməyə daim hazırdırlar!

Taxta döşəmə örtükləri mövzusuna toxunarkən, laminat kimi çox məşhur materialı xatırlamamaq mümkün deyil. Bu, qoruyucu plyonka ilə üzlənmiş, ağac-lifli plitələrdən hazırlanmış çoxqatlı konstruksiyadır. Bu cür döşəmə örtüyü bir sıra üstünlüklərə malikdir və onların arasında bəzilərini qeyd etmək vacibdir: çəki və zərbə yüklənmələrinə qarşı dayanıqlıq, uzunömürlük (savadlı istismar zamanı laminat on illərlə xidmət etməyə qadirdir), qulluğun asan olması (laminatın qulluğu parketdən asandır), və əlbəttə ki, qiyməti (parketin qiyməti ilə müqayisədə, laminatın qiyməti xeyli aşağıdır). Hal-hazırda laminat çeşidləri ən müxtəlif modellərlə təqdim olunub. Bu modellər bir-birindən tekstura, relyef, forma, kilid birləşməsinin üsulları, davamlılıq sinfi və çoxlu sayda digər amillərlə fərqlənir.
