Parket.az
  • Ana səhifə
  • Haqqımızda
  • Sərgi salonu
  • Məhsullar
  • Kalkulyatorlar
  • Əlaqə
Бамбук. Часть 1 (COVER)
30 09 2019

Bambuk (1-ci hissə)

Bambuk

“Bambuksuz yaşamaqdansa, ətsiz qidalanmaq daha yaxşıdır” (Çin atalar sözü)

İnsanların əksəriyyəti bambuku səhvən ağac hesab edir, lakin botanik təsnifata görə bu, qırtıckimilər fəsiləsindən olan otlu bitki növüdür. İnsanların yanlışlığı əsassız deyil — bambuk həqiqətən hündür ağaca bənzəyir (bəzi növləri 40 m-dək uzana bilir!), olduqca bərkdir və çox vaxt bir sıra ağac növlərindən də bərk olur. Bu fəsilə 1200 yaxın növdən ibarətdir və onlar bir-birindən forma, hündürlük, qalınlıq, bərklik və digər amillərlə fərqlənir. Bu mükəmməl bitki çoxlu sayda cavan budaqlara malikdir və bir kökündən xeyli qələm əmələ gələ bilir. Bundan savayı, bambukun digər nadir xüsusiyyətlərindən biri də onun böyümə sürətidir — bəzi sortları sutka ərzində 50 sm-dən artıq uzana bilər. Yəni bambuka uzun müddət baxarkən, onun böyüməsini müşahidə etmək mümkündür.

Bambuk meşəsi, Kioto, Yaponiya

Beləliklə, dünyanın ən hündür “otu” olan bambuk, əsasən Asiyanın tropik və subtropik bölgələrində, xüsusilə də, nəm tropik meşələrində bitir. Bambuk, öz möhtəşəm təbii xüsusiyyətlərinə görə, köhnə zamanlardan Şərqi Asiyada yaşayan xalqlar arasında hədsiz dərəcədə məşhurluğa malikdir. Hələ antik dövrlərdə insanlar bambukun faydalı xüsusiyyət və üstünlüklərini bilərək, bu bitkini çox fəal surətdə tibb və kulinariyada tətbiq edirdilər. Bundan savayı, bu qiymətli bitki müxtəlif təsərrüfat sahələrində geniş istifadə olunurdu. Bambuk öz yüksək davamlığı və köhnəlməyə qarşı dayanıqlığına görə hər cür tikinti işlərində əvəzsiz material hesab olunurdu. İnsanlar onu öz evlərinin və o cümlədən müdafiə üçün nəzərdə tutulan tikililərin inşaat və quruluşu zamanı daim istifadə edirdi. Həmçinin, bu bitki əmək və ov alətlərinin və müxtəlif silah növlərinin (yay, ox, nizə eləcə də soyuq silahların tutacaqları qismində) hazırlanmasında əhəmiyyətli dərəcədə tətbiq olunurdu.

Bambuk oduncağının tədarükü, Battambanq, Kamboca

Bambuk becərildiyi ölkələrdə çox böyük ehtiramla qarşılanır. Hindistanda o, dostluğun möhkəmləndirilməsi rəmzi, Çində — uzunömürlük rəmzi, Yaponiyada — saflıq rəmzi, Filippində isə uğur gətirən talisman hesab edilir.

Zaman keçdikcə, universal material kimi tanınan bambukun yayılması sürətlə davam edirdi və bununla yanaşı onun istifadə sahələri də durmadan genişlənirdi. Bu gün də tam əminliklə isbat etmək olar ki, dünyanın bir çox ölkəsində, ilk növbədə Asiya ölkələrində, bambuk hələ də ən vacib təbii material olaraq qalır. Bu “otlu ağacdan” saysız-hesabsız əşyaların hazırlanması fəal surətdə davam edir. Məsələn, Vyetnam, Myanma, Kamboca, Laos və bu geniş əhatəli regionun digər ölkələrində bir çox məişət əşyaları bambukdan düzəldilib. Bunların arasında divarları, pəncərə və qapı çərçivələrini, damları saxlayan dayaqları və həttə damların özlərini qeyd etmək lazımdır. Həmçinin, bütövlüklə bambukdan inşa edilən kiçik evlərə də tez-tez rast gəlinir. Bundan savayı, bambukdan hazırlanan konstruksiyalar su kəmərləri qismində istifadə edilib və bu gün də edilməkdədir. Bu cür konstruksiyalar hədsiz-hüdudsuz düyü tarlalarının suvarmasında geniş tətbiq edilir.

Bambuk körpüsü, Cakarta, İndoneziya

Orta əsrlərdə mədəni və iqtisadi əlaqələrin genişlənməsi bambukun Avropada yayılması və məşhurlaşmasına səbəb olmuşdur. Bu material bir çox sənaye sahiblərinin və əhalinin böyük hissəsinin maraqlarını dərhal cəlb etmişdir və qısa zamanda ayrı-ayrı sahələrdə istifadəsinə başlanılmışdır. Bambuk ən müxtəlif əşyaların hazırlanmasında bizim dövrdə də geniş tətbiq edilir və onların arasında bir neçəsini qeyd etmək lazımdır: məişətdə işlənilən çoxsaylı əşyalar, interyer üçün bəzək məmulatları və xüsusən də müasir dövrdə məşhur olan bambuk qab-qacağı, parçaları, hamam ləvazimatları və hədsiz sayda digər əşyalar. Əlavə olaraq onu da qeyd etmək vacibdir ki, bambuk müxtəlif mebel, musiqi alətləri, oyuncaq və eləcə də döşəmə örtüklərinin nəhəng çeşidlərinin istehsalında son dərəcədə geniş istifadə olunur. Həmçinin, bambuk Şərqi Asiya xalqlarının milli mətbəx ənənələrində mühüm yer tutur.

Bambukdan hazırlanan Vyetnam xalq musiqi aləti Tranq. Bambuk fleytalar

Davamı növbəti hissələrdə…

Ağac emalı Döşəmə örtüklərinin icmalı

Son Yazılar

  • Parket.Az haqqında
  • Parketin tarixi
  • Döşəmə örtüklərinin icmalı
  • Bambuk (1-ci hissə)
  • Ağac emalı

Kateqoriyalar

  • Ağac emalı
  • Ağaclar
  • Bambuk
  • Döşəmə örtüklərinin icmalı
  • Parket.Az haqqında
  • Parketin tarixi

Ünvan

Həsən Əliyev küç., 78A (“Kral” ş/s yanı)

Əlaqə nömrələr

+994 12 465 67 99
+994 55 355 01 01
+994 77 355 01 01

İş saatları

Gündəlik, saat 09: 00-dan 19:00-dək

Biz sosial şəbəkələrdə

  • Facebook
  • YouTube
  • Instagram
Parket.az
Hər hansı bir sualınız var?

Bizim şəxsi tövsiyəmizdən istifadə edə bilərsiniz. Ödənişsiz əks zəng servisimiz Sizin xidmətinizdədir.

+994 55 355 01 01

Və yaxud e-mail vasitəsilə bizə məktub göndərə bilərsiniz:
info@parket.az

Ünvan

Həsən Əliyev küç., 78A (“Kral” ş/s yanı)

Ödəniş üsulları:

Kataloq

Bambuk parketi
Massiv lövhə
Laminat
Modul parketi
Parket lövhəsi
Fransız parketi
Terras lövhəsi
Plintuslar və kandarlar
Bədii parket
Parket kimyası
Bambuk oboyları

Sosial şəbəkələr

  • Facebook
  • YouTube
  • Instagram
Copyright 2019 © . Powered by ZKD