Parket.az
  • Ana səhifə
  • Haqqımızda
  • Sərgi salonu
  • Məhsullar
  • Kalkulyatorlar
  • Əlaqə
Тик_COVER
23 09 2019

Ağaclar: Tik

Ağaclar

Tik (latın təsnifatında Tectona grandis) — Dalamazkimilər fəsiləsindən olan iri yarpaqlı ağacdır. Bu ağacın təbii yayılma sahəsi Cənub və Cənub-Şərqi Asiyanın musson meşələridir, o cümlədən, Hindistan, Myanma, Laos, Tailand və s. Tik, buddizmdə müqəddəs ağac olaraq, keçmiş əsrlərdə fəal surətdə məbədlərin ətrafında əkilirdi. Həmin fakt bu ağac növünün bütün Şərqi Asiya regionunda yayılması səbəblərindən biri olmuşdur. Bu gün tik Tailand Krallığının rəmzlərindən biridir və onun yabanı növləri dövlət tərəfindən qorunur. Tik görkəmli ölçülərə malikdir, onun hündürlüyü 40 m, gövdəsinin diametri isə 70 sm çata bilir. Lakin bununla yanaşı, bir çox mənbələrin məlumatlarına əsasən bəzi hallarda ayrı-ayrı nümunələrin hündürlüyü 50 m, gövdəsinin diametri isə 1,5 m çatır. Bu, uzun və enli yarpaqlara malik olan şaxələnmiş ağacdır. Ətirli çiçəklərin inkişafı iyun-avqust, kiçik yumru formada olan zoğları isə sentyabr-dekabr aylarına təsadüf edir. Adətən bu ağacın əkilməsi üçün ilkin emala və eləcə də suda yumşaltma və qurudulmağa ehtiyacı olan toxumlardan istifadə edirlər.

Yabanı tik, Balpakram Milli Parkı, Meqxalaya ştatı, Hindistan

Bioloji introduksiya nəticəsində bu cinsin yayılma əraziləri xeyli genişlənib və öz təbii yayılma sahələrindən savayı, tik, həmçinin, Cənubi Amerika və Afrika ölkələrində becərilir. Eyni zamanda qeyd etmək lazımdır ki, tik bitdiyi mühitə, torpağa və ən əsası, iqlim şəraitlərinə həssasdır və bu səbəbdən ağaclar müxtəlif şəkildə bitir. Tədqiqatlara əsasən, bu ağacın inkişafı üçün ən əlverişli şərtlər bunlardır: temperatur 20-35 ºC, nəm iqlim tipi, dəniz səviyyəsindən 900 m-dək olan hündürlük, orta gilli və yaxud qumlu torpaq tipləri. Öz görkəmli təbii xüsusiyyətlərinə görə bu ağac təsərrüfatda mühüm əhəmiyyət kəsb edir və əsasən Şərqi Asiya regionundan ixrac edilən ən qiymətli oduncaq növlərindən biridir. İlk növbədə, tik oduncağının möhtəşəm təbii keyfiyyətlərini, xüsusilə də onun yüksək möhkəmlik və bərkliyini qeyd etmək vacibdir. Bundan savayı, tik oduncağının fərqləndirici xüsusiyyətləri arasında onun çürümə və kiflənməyə qarşı olduqca yüksək dayanıqlığını və eləcə də rütubətə qarşı davamlılıq keyfiyyətlərini artıran yağlı maddələrin böyük miqdarıdır (bu xüsusiyyətə görə tik ağacına gəmiqayırma sahəsində həddindən artıq tələbat var idi). Bu ağacın daha bir mühüm xüsusiyyəti onun odadavamlı olmasıdır.

Yüksək möhkəmliyi səbəbindən tik tez-tez dəmiryol şpallarının hazırlanmasında istifadə olunur. Dəkkə, Banqladeş

Tik oduncağı son dərəcədə uzunömürlüklə fərqlənir. Hindistanda bu ağac cinsindən 2000 il bundan öncə hazırlanan əşyalara indiyədək rast gəlinir.

Dünyanın tikdən qurulan ən qədim körpüsü (təqribən 1851-ci il), Amarapura, Myanma

Tik oduncağı son dərəcədə uzunömürlüklə fərqlənir. Hindistanda bu ağac cinsindən 2000 il bundan öncə hazırlanan əşyalara indiyədək rast gəlinir. Öz əzəmətli təbii xüsusiyyətləri sayəsində, o cümlədən, köhnəlməyə qarşı davamlılıq, təbii gözəllik və emalın asan olması, bu ağac cinsi bir çox istehsal sahələrində olduqca geniş tətbiq edilir. Bu gün tik oduncağına gəmiqayırma sahəsində, əsasən də, göyərtə döşəmələrinin istehsalında, böyük tələbat var. Həmçinin, onun incə qızılı-qəhvəyi çalarlar və zərif tünd naxışlarla dolu gözəl təbii teksturası, seçmə mebelin istehsalında və sanballı yaxtaların interyerlərində istifadəsi üçün imkan yaradır. Bundan savayı, Cənubi Asiya ölkələrində, xüsusilə Hindistanda, bu cinsin oduncaq və yarpaqlarını əczaçılıqda kütləvi şəkildə tətbiq edirlər. Onların tərkibindəki təbii elementlər tik ağacını bu zəruri sahə üçün çox qiymətli xammala çevirib. Əlavə olaraq qeyd etmək vacibdir ki, tik oduncağının yüksək sabitliyi, üstün istismar keyfiyyətləri və möhtəşəm təbii göstəriciləri onu küçə və bağ mebeli, müxtəlif döşəmələrin, o cümlədən, terrasların istehsalı üçün ən qiymətli materiala çevirib. Həmçinin, tik yüksək nəmişliyi olan məkanlarda da geniş istifadə olunur, onların arasında, məsələn: hamam otaqları, spa-zonaları, hovuz ətrafı yerlər və s.

Rütubətə qarşı yüksək davamlı olduğundan tik oduncağı göyərtə örtüklərinin hazırlanmasında geniş istifadə olunur

Üstəlik, tik oduncağının döşəmə örtükləri, o cümlədən, müxtəlif növ parket məhsullarının istehsalında tutduğu yeri ayrıca qeyd etmək vacibdir. Bu ağac öz nadir xüsusiyyətlərinə görə döşəmə örtükləri üçün ideal bir materialdır. O, son dərəcə uzunömürlüyə malikdir və bu gün dünyada mövcud olan ağac cinslərinin arasında, haqlı olaraq, ən gözəllərindən biri hesab edilir. Onun teksturasının xüsusiyyətləri və rəng çalarlarının qarışığı günəş şüalarının istiqamətindən asılı olaraq müxtəlif rəng ahənglərinin füsunkar və incə keçidlərinin yaranmasına səbəb olur. Tikdən hazırlanan döşəmə örtükləri ən təmtəraqlı və mötəbər döşəmələrin sırasına daxildir. Bu cins növünü müxtəlif zal, saray, muzey, dəbdəbəli evlərin və oxşar yerlərin interyerində tez-tez istifadə edirlər. Tik parketi estetik interyer pərəstişkarları üçün çox gözəl seçimdir. Bu cür parket istənilən məkanda asanlıqla dinclik, harmoniya və ecazkarlıq mühitini yaradacaq.

Parket.Az mağazalar şəbəkəsində dünyanın məşhur şirkətlərinin tik oduncağından istehsal etdikləri müxtəlif döşəmə örtükləri təqdim olunub. Parket.Az şirkətinin əməkdaşları Sizin bu və digər parket növlərinin seçimi ilə əlaqədar bütün suallarınızı cavablandırmağa və öz tövsiyyələrini verməyə daim hazırdırlar.

Tikdən hazırlanan döşəmə örtüyü hər bir interyerdə zərif gözəllik və təkrarolunmaz üslub yaratmağa qadirdir
Ağac emalı

Son Yazılar

  • Parket.Az haqqında
  • Parketin tarixi
  • Döşəmə örtüklərinin icmalı
  • Bambuk (1-ci hissə)
  • Ağac emalı

Kateqoriyalar

  • Ağac emalı
  • Ağaclar
  • Bambuk
  • Döşəmə örtüklərinin icmalı
  • Parket.Az haqqında
  • Parketin tarixi

Ünvan

Həsən Əliyev küç., 78A (“Kral” ş/s yanı)

Əlaqə nömrələr

+994 12 465 67 99
+994 55 355 01 01
+994 77 355 01 01

İş saatları

Gündəlik, saat 09: 00-dan 19:00-dək

Biz sosial şəbəkələrdə

  • Facebook
  • YouTube
  • Instagram
Hər hansı bir sualınız var?

Bizim şəxsi tövsiyəmizdən istifadə edə bilərsiniz. Ödənişsiz əks zəng servisimiz Sizin xidmətinizdədir.

+994 55 355 01 01

Və yaxud e-mail vasitəsilə bizə məktub göndərə bilərsiniz:
info@parket.az

  • Ana səhifə
  • Haqqımızda
  • Sərgi salonu
  • Məhsullar
  • Kalkulyatorlar
  • Əlaqə
Copyright 2019 © . Powered by ZKD